İyunun 5-də Qazaxıstanın Aktyubinsk rayonunda eyni vaxtda 3 yerdə - iki polis bölməsində və bir hərbi hissədə partlayış baş verib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, nəticədə ölən və yaralananların olduğu bildirilir. Maraqlıdır ki, hücumdan bir qədər öncə silah mağazasına basqın olduğu xəbər verilib. Xəbərdə o da bildirilib ki, hücum edənlər "qeyri-ənənəvi dinə mənsub şəxslər” olub və onlardan 3 nəfəri məhv edilib. Hərbi hissədə isə iki nəfər hərbçi həlak olub, doqquz nəfər yaralanıb. Lakin axşam saatlarında təili yardım xidməti 20 nəfərdən çox yaralının daxil olduğu barədə xəbər verib.
Qazaxıstanın Aktyubinsk rayonunda baş verən hadisə ilə bağlı 4 nəfər cinayətkar məhv edilib, 7 nəfər tutulub. RİA”Novosti”nin xəbərinə görə, bu barədə ölkə DİN rəhbərinin mətbuat katibi Almas Sadubayev xəbər verib. Dəqiqləşdirilmiş məlumatda o da bildirilir ki, cinayətkarlar öncə "Pallada” silah mağazasına basqın edərək satıcını və bir təhlükəsizlik xidməti əməkdfaşını qətlə yetirib, eyni zamanda hadisə yerinə gələn 3 polis nəfərinə odlu silahdan xəsarət yetiriblər. Daha sonra onlar "Pantera” silah mağazasına basqın edərək bir nəfəri öldürüb, digərini yaralayıblar. Polisin müdaxiləsilə onlardan 3 nəfəri məhv edilib, bir nəfər ələ keçib.Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.
Qazaxıstanın Aktyubinsk rayonunda baş verən hadisə ilə bağlı 4 nəfər cinayətkar məhv edilib, 7 nəfər tutulub. RİA”Novosti”nin xəbərinə görə, bu barədə ölkə DİN rəhbərinin mətbuat katibi Almas Sadubayev xəbər verib. Dəqiqləşdirilmiş məlumatda o da bildirilir ki, cinayətkarlar öncə "Pallada” silah mağazasına basqın edərək satıcını və bir təhlükəsizlik xidməti əməkdfaşını qətlə yetirib, eyni zamanda hadisə yerinə gələn 3 polis nəfərinə odlu silahdan xəsarət yetiriblər.
Daha sonra onlar "Pantera” silah mağazasına basqın edərək bir nəfəri öldürüb, digərini yaralayıblar. Polisin müdaxiləsilə onlardan 3 nəfəri məhv edilib, bir nəfər ələ keçib.
Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.