Rusiya Almaniya üçün artıq tərəfdaş deyil, rəqibdir. Baki-xeber.com-un "Eadaily”-yə istinadən xəbərinə görə, belə bir fikir AFR-in dövlət təhlükəsizliyi ilə bağlı yüksək rəhbərlik üçün nəzərdə tutulan "Ağ kitab”-a yeni əlavələrdə yer alır.
"Die Welt” yazır ki, Berlin bu fikirləri Moskvanın Krım və Ukraynanın şərqindəki fəaliyyətilə izah edir. Bildirilir ki, Rusiya " beynəlxalq hüququn pozulması, sərhədlərin birtərəfli qaydada dəyişdirilməsi kimi fəaliyyətlərində fundamental dəyişikliklər etməsə”, kontinent üçün təhlükə olaraq qalmaqda davam edəcək.