Rusiya XİN rəhbəri Sergey Lavrov Almaniya Bundestaqının Osmanlı İmperiyasının guya ermənilərə qarşı 1915-ci ildə genosid törətdiyini tanıyan sənədi qəbul etməsinin əsl səbəbini açıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, Lavrov deyib ki, əslində bu, Almaniyanın bir sıra məsələlərdə partnyorları ilə əməkdaşlıq etmək istəməyən Türkiyəni cəzalandırmaq cəhdidir. RF XİN başçısı bu sözləri "Rossiya1” telekanalının efirində səsləndirib.
Lavrov onu da deyib ki, Ankaranın Bundestaqın qərarına təpkisini təqdir etmir və eyni zamanda qeyd edib ki, Moskva baş verənlərə Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin sonu kimi baxmır.