Ermənistanın Vanadzor rayonunda Vergi Müfəttişliyi binasının qarşısında partlayış baş verib. Nəticədə binanın dam örtüyünün ön hissəsi zədələnib, giriş qapısının şüşələri sınaraq ətrafa dağılıb.
Baki-xeber.com bu barədə erməni KİV-inə istinadən xəbər verir.
Aparılan araşdırma nəticəsində məlum olub ki, partlayışa binanın qapısındakı zibil qutusuna atılan naməlum əşya səbəb olub. Hələlik binanın kim tərəfindən partladılmaq istənildiyi və bunun hansı səbəbdən edildiyi məlum deyil.