Bazar günü günü, 01 noyabr 2026
     

İlham Əliyev qalibiyyətli aprel müharibəsinin tam nəticəsini ilk dəfə dünya azərbaycanlılarına açıqladı

Image


Nəinki 2 min hektar, ondan da bir neçə dəfə çox ərazi...
Prezidentin üç əsaslandırması...
"Bir cümlədə 4 yalan deyən Sarkisyan..."
İldə heç olmasa bir dəfə Azərbaycana gəlin ki...
Serj Sarkisyan mayın 31-də Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərkən 4 dəfə yalan danışıb. "Trend"in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib: "Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir: "Və çox təəcüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Öz xalqını çalışır ki, aldatsın, daha sonra dünya ictimaiyyətini. İndi isə nəticə etibarilə özünü gülünc vəziyyətə qoyub.
Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər, gah deyirdilər onlar əksinə, Azərbaycan torpaqlarını zəbt ediblər, gah deyirdilər ki, onlar qələbə qazanıblar, sonra deyirdilər ki, bu torpaqları itiriblər, əhəmiyyəti yoxdur. Sonra deyirdilər ki, əhəmiyyəti var, Azərbaycan bu torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan onda niyə qaytarmalıdır? Yəni tamamilə özlərini itiriblər. Gülünc ifadələrlə özlərini ifşa ediblər. Və bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Astanada Ali Avrasiya İqtisadi Şurasının zirvə görüşündə ifadə etdi. Təxminən onun sözləri bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, "Dağlıq Qarabağ" ordusu vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam 4 dəfə yalan danışıb".
Prezident sonra deyib: "Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə, bunu da mən artıq demişəm, qısaca olaraq bir də qeyd edirəm. Ona görə ki, Ermənistan sülh istəmir. Görəndə ki, onlara təzyiq artır, məsələ sülh yolu ilə həll olunsun, status-kvo dəyişməlidir, status-kvo dəyişməsi işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, təxribatlara əl atdılar. Və aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücumlar edirdilər, hətta təmas xəttində deyil, başqa istiqamətdə də, Qazax bölgəsində də bizim bir hərbçimiz həlak olub. Daim bizim kəndləri atəşə tuturdular, bizim bölgələrimizə hücum edirdilər. 2014-cü ildə də təxribat törətmişdilər. Mövqelərimizə hərbi helikopterlərlə hücum etmişdilər. Onu vurduq, ondan sonra bundan bəhanə kimi istifadə etdilər. Bundan sonra danışıqlar bir il donduruldu. Yəni görəndə ki, onlara təzyiq artır, daim təxribatlara əl atırlar. Aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan ordusu onlara layiqli cavab verdi, düşməni yerinə oturtdu. Yəni bu birinci yalan".
İlham Əliyev sonra vurğulayıb: "İkinci yalan-deyir ki, "Daqlıq Qarabağ" ordusu vəziyyəti nəzarət altına alıb. Bu necə nəzarətdir ki, özləri etiraf edirlər ki, 800 hektar torpağı itiriblər. Bu çox qəribə bir nəzarətdir. Birincisi onu deməliyəm ki, 800 hektar deyil, 2000-dən çox hektar torpağı Azərbaycan ordusu işğalçılardan azad edib. Ağdərə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2000-dən çox hektar ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan ordusu nəzarət edir, o ərazidə erməni ordusu tərpənə bilmir. Üçüncü yalan odur ki, "Dağlıq Qarabağ" ordusu yoxdur. Bu bir mifdir, mifologiyadır, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır".
Dövlət başçısı sonra deyib ki, Dağlıq Qarabağda erməni silahlı birləşmələri çərçivəsində xidmət edən hərbçilər Ermənistan vətəndaşlarıdır: "Onların 80 faizi Ermənistan vətəndaşlarıdır. Ermənistanın "Dağlıq Qarabağ" ordusu mifologiyadır. Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu yalandır, Azərbaycan belə bir xahiş etməyib. Bu toqquşma baş verəndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ 2-3 gün Ermənistan ordusu çalışıb ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, itkilər verir, əgər dayanmasa daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiya baş qərargah rəisi bizim baş qərargah rəisinə zəng etdi dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin. Və bizim baş qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya prezidenti mənə zəng etdi. Eyni təkliflə ki, atəş dayandırılsın və qərara gəldik ki, aprelin 5-də atəş dayandırılsın. Yəni budur reallıq və bir cümlədə 4 dəfə yalan danışan ikinci prezident mən tanımıram. Bu mütləq Ginnesin rekordlar kitabına salınmalıdır. Amma antirekord kimi. Heç olmasa hansısa bir sahədə Ermənistan birinciliyi dünyada əldə etsin. Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları tərəfindən bizim qəhrəman hərbçilərimizi salamlayaq".

Diasporumuzun ən zəif yeri...

Bizim xaricdə, xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur. Bizim hazırda 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. Bu səfirliklər, nümayəndəliklər daim diaspora təşkilatları ilə əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə bizim problemimiz yoxdur. Bunu da Prezident İlham Əliyev çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan haqqında reallıqlar da dünya ictimaiyyətinə layiqli şəkildə çatdırılır: "Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri həmin o dövlət, hökumət, qanunverici orqanlarında təmsilçiliyimizdir, yəni onun aşağı səviyyəsidir. İkincisi də, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz, çünki heç bir xarici ölkənin daxili işinə qarışmır. Amma Azərbaycan diaspor təşkilatları, hesab edirəm ki, bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyib".
Prezident sonra vurğulayıb: "Bizim xarici mediaya çıxışımız çox məhduddur. Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq on illiklər ərzində formalaşıb. Onlar müxtəlif yollarla dünyanın aparıcı media qurumlarına müdaxilə ediblər və orada təmsil olunurlar. Və bizə qarşı Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında ermənilər görünür. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik".
Dövlət başçısı qeyd edib ki, media ilə ilk növbədə iş aparılmalıdır: "Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. İstər-istəməz onlar öz Vətənini müdafiə edəcək. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir, informasiya müharibələri bu gün bir alət kimi, bir silah kimi mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada Bakıda və yaxud da başqa bir şəhərdə oturub hardan bilək ki, orada nələr baş verir? Kim haqlıdır, kim haqsızdır? Kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı ölkəyə qarşı koordinasiya edilmiş çirkin kampaniya aparılırsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Ona görə bu, zəif yerimizdir. Bu istiqamət prioritet istiqamətdir. Hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir".
Prezident bildirib ki, müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərini çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında burada danışıqlar, müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir: "Əgər Azərbaycan dövləti bu işdə hər hansı formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək və bütün Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bu, bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq, bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Uzun illər erməni diasporu müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edərək bizə qarşı çox çirkin kampaniya aparıblar. Kampaniyanın tərkib hissəsi o olub ki, Azərbaycanı antidemokratik ölkə kimi təqdim etsinlər, Ermənistanı yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatlar versinlər və müəyyən dərəcədə onlar buna nail ola biliblər".
Dövlət başçısı sonra deyib: "1992-ci ildə ABŞ konqresi məşhur və mənfur 907-ci Düzəlişi qəbul edir. Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır və konqresdə bu qərar qəbul edilir. ABŞ konqresi düzəliş edir. Azərbaycan birbaşa ABŞ dövlətinin yardımından məhrum edilməlidir. Niyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnamə məncə, heç bir parlament görməyib. Nəyə görə bu baş verir? Ona görə ki, erməni lobbisinə aid olan satqın, rüşvətxor konqresmenlər - hansılar ki, bəziləri bu çirkin missiyanı hələ də davam etdirir, bax, belə bir yalanı ortaya atıblar".
Prezident əlavə edib ki, Azərbaycan isə sadəcə olaraq, susub: "O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə edənlər də ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə də ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsinə başladılar. İndi bu düzəliş qüvvədədir. İndi bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz doğrudan da böyük səylər göstərirdik, sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Onsuz da bu düzəlişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik. Möhkəm ayaqda dayanmışıq, özümüz kimə lazımdırsa, yardım göstərə bilərik.
Ancaq nəyi demək istəyirəm? Bax bu, erməni təxribatı idi".
İlham Əliyev vurğulayıb ki, müxtəlif ölkələrdə bunlar eyni üsulla bu gün Azərbaycana qarşı çirkin kanpaniya aparırlar:

Qarabağla əlaqəli
diaspor üçün iki məsələ...

"Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülüb. Nəyə görə köçürülüb, biz hamımız bunu çox yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılıb. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin. Yəni budur reallıq. Bu bizim tarixi torpağımızdır. Bütün toponimlər - bütün şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, Ermənistanın özündə İrəvan xanlığı, Zəngəzur, Göyçə bizim tarixi torpağımızdır. Götürün, XX əsrin əvvəllərində çar Rusiyasında çap edilmiş xəritələrə baxın. Bütün toponimlərin 80 faizi Azərbaycan mənşəlidir. Sovet dövründə yavaş-yavaş dəyişməyə başladılar, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdılar ki, tarix silinsin. Bu, birinci məsələ".
Prezident sonra deyib: "İkinci məsələ, biz işğala məruz qalmışıq. Bu, dünyanın gözü qarşısında baş verib. Torpaqlarımızın 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və 7 rayon. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. 1 milyon qaçqın və köçkünümüz var. Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. BMT 4 qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılsın. Onlara əməl edilmir. Yəni budur bu işin tarixi və hüquqi tərəfi. Əlbəttə ki, bunu heç kim inkar edə bilməz. Hətta ermənipərəsət qüvvələr də inkar edə bilməzlər. Halbuki, buna çalışırlar. Ona görə də bu həqiqətlər çatdırılmalıdır. Azərbaycanda bu mövzu ilə bağlı kifayət qədər materiallar var - xəritələr, kitablar, tarixi sənədlər. Bizim alimlərimiz çox böyük işlər görürlər. "İrəvan xanlığı" böyük bir elmi əsər yaradılıb. Dünyada bir çoxları bilmir ki, bu bizim tarixi torpağımızdır. Ancaq biz bunu sənədlər əsasında sübut edirik, xarici dillərə tərcümə edirik. Ona görə də bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır".
İlham Əliyev bildirib ki, diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytlar açmalıdırlar, biz bunu, hələ ki, görmürük: "O internet saytlar yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır. Eyni zamanda, Azərbaycan həqiqətləri burada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan qəzetləri dərc edilməlidir. Həm Azərbaycan dilində ki, Azərbaycan vətəndaşları oxusun, uşaqlar oxusun ki, ana dilini bilsinlər, həm də o ölkələrdə ki, onlar yaşayırlar, o dillərdə dərc edilməlidir ki, ictimaiyyət oxusun. Yenə də deyirəm, biz informasiya dövründə yaşayırıq və getdikcə bu informasiyanın əhəmiyyəti ancaq artacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə əgər erməni diasporu bunu özbaşına edir. Ermənistan səfil bir ölkədir, orada heç büdcəsini doldurmaq üçün pul tapa bilmirlər, nəinki harasa, indi xaricə nəsə yardım edə bilərlər. Ancaq Azərbaycan dövləti bir çox məsələləri həll edir, həll edə bilər, dəstək verir, verə bilər. Sadəcə olaraq, bu, məqsədyönlü şəkildə aparılmalıdır. Bu işlər səmərəli şəkildə qurulmalıdır. Beləliklə, Azərbaycan reallıqları haqqında həqiqətlər uyğun informasiya veriləcək".
Prezident sonra qeyd edib ki, ən yeni misal aprel döyüşləri ilə bağlıdır: "Ermənistan nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar ötürsün, buna nail ola bilməyib. Ancaq çox məhdud sayda, erməni diasporu ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər - onların adlarını biz hamımız yaxşı bilirik, ancaq onlar çalışırlar ki, Azərbaycanı günahlandırsınlar. Və çalışdılar ki, bu aprel döyüşlərini Ermənistanın böyük qələbəsi kimi qələmə versinlər. Amma alınmayacaq, çünki artıq bizim də imkanlarımız var. Biz də öz sözümüzü deyirik. Hamı bilir ki, nədən baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir. Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır dünyanı aldatsın. Öz xalqını çalışırdı aldatsın, ondan sonra dünya ictimaiyyətini. İndi isə nəticə etibari ilə özünü gülünc vəziyyətə qoyub".

"Azərbaycan dünya miqyasında investisiya, sərmayə qoyuluşu üçün ən cəlbedici ölkələrdən biridir"

"Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdir. Mən bunu alqışlayıram. Bu çox müsbət haldır. Bu xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda xaricdə yaşayan iş adamları Azərbaycanda yaşayan qohumlarına da köməklik göstərirlər. Bu da burda yaşayanlar üçün çox önəmlidir" - deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib: "Mən çox istədim ki, xaricdə yaşayan iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxaq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə mühiti yaxşıdır, biznes mühiti günü-gündən yaxşılaşır, bütün bürokratik əngəllər aradan götürülür. Xüsusilə bu ilin əvvəlində imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır, bütün bürokratik əngəllər aradan götürülüb, şəffaflıq tam təmin edilib və bunun nəticələrini biz gündəlik həyatda görürük. Beynəlxalq mötəbər qurumların hesabat və bəyanatlarında biz bunu görürük. Ona görə də investisiya, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri var, o cümlədən bazarlarla da. Çünki dünyada, yaşadığımız bölgədə, yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir".
Prezident sonra deyib ki, yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur: "Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır və bu gözəl biznes imkanları üçün də gözəl şərait yaradılır. Ona görə bir daha demək istəyirəm, böyük maliyyə imlkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatına, sənaye, turizm sektoruna, yüksək texnologiyalar sektoruna. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti tərəfindən, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar həmişə öz Vətənlərinə bağlı insanlar kimi özlərini göstəriblər. Bu gün də bu belədir".

"...Vətənlə əlaqələr qırılmasın"

İlham Əliyev sonra bildirib: "Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi ona görə ki, Azərbaycanda, ölkənin müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bizim bölgələrimizdə gözəl, müasir otellər, istirahət zonaları yaradılıb. İstirahət üçün, hesab edirəm ki, indi Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bununla bərabər, bunun əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyiri olacaq.
Çünki hazırda turizm sektoru da sürətlə inkişaf edir və bu sekrtoru daha da sürətlə inkişaf etdirmək üçün çox ciddi islahatlar aparılır və görürük ki, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Onların arasında, əlbəttə ki, dünya azərbaycanlılarını da biz görmək istəyirik. Əgər hər bir azərbaycanlı, xaricdə yaşayan azərbaycanlı ailəsi ildə bir dəfə Azərbaycana gəlsə, bu çox yaxşı olar".
Xəbər xidməti 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ