Almaniyanın Reynland-Pfalts federal torpağının Mendiq şəhərində açıq havada keçirilən "Rock am Ring" rok festivalı zamanı azı 42 nəfəri ildırım vurub.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə tədbirin təşkilatçıları "Welt" qəzetinə danışıb.
Nəşrin məlumatına görə, 8 nəfər ağır xəsarət alıb. Onlardan biri əməliyyat olunub. Hadisə yerinə polis, yanğınsöndürən və "təcili yardım" cəlb olunub.
Hava şəraitinin pis olması səbəbindən konsertə saat yarım ara verilib. Qərar təşkilatçılar tərəfindən qəbul olunub.
İyunun 3-5-də keçirilən festivala gələnlərin sayının təqribən 90 min nəfər olduğu bildirilir.