Keçmiş amerikan boksçusu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişib. Bu barədə baki-xeber.com NBC News kanalına istinadən xəbər verir.
Xəbərə görə, Arizona ştatında yaşayan əfsanəvi boksçu iyunun 1-də ağ ciyərlərindəki kəskin problemlə Finiks şəhər xəstəxanasına daxil olub. Daha sonra onun vəziyyəti Parkinson xəstəliyilə bir qədər də ağırlaşıb və 2 gün sonra – iyunun 3-də o, dünyasını dəyişib.
Məhəmməd Əli dünyanın tanınan və titullu idmançılarından olub. Ağır çəki kateqoriyasında çıxış edən peşəkar boksçu 1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə dünya çempionu (1964-1966, 1974-1978) və beşqat ilin boksçusu olub. Karyerası boyu 61 döyüşdə iştirak edib, onların 56-sında (37-si nokaut olmaqla) qələbə qazanıb.