Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Komitə üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, ölkə başçısı Milli Məclisə təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif edir.