Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. APA-nın "newskitchen.eu” saytına istinadən verdiyi məlumata görə, bunu bu gün brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
"İkitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq”, - deyə o vurğulayıb.