"Almaniya parlamentinin digər ölkədə tarixi proseslərə qiymət vermək kimi müstzsna hüququ yoxdur”. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə. bu sözləri Bundestaqın Xristian-Demokratlat İttifaqından olan deputatı Bettina Kudla səsləndirib.
Xanım deputat sözügedən sənədə səs verməməsinin səbəbi barədə KİV-in suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, "indiki halda bu hüquq Türkiyəyə aiddir. Üstəlik, sözügedən qətnamədə mənbələr göstərilmir”. Bettina Kudla onu da deyib ki, bu qərar ölkəsi ilə Türkiyənin münasibətlərinin kəskin pisləşməsinə səbəb olacaq. "Hələ bəlli deyil ki, bu qərarın qəbulu hansı siyası və maliyyə fəsadlarına yol açacaq”- deyən deputatın fikrincə, bunun ən böyük zərbəsi miqrant problemi ilə bağlı Aİ ilə Türkiyə arasında əldə olunmuş razılaşmaya dəyəcək. Onun fikrincə, razılaşmanın pozulması nəinki humanitar sahədə ciddi problemlərin yaranmasına gətirəcək, eyni zamanda ardınca Almaniya üçün böyük maliyyə problemləri gətirəcək.