"Vaxtilə özləri yəhudiləri sobalarda yandırırdılar, indi isə hansısa soyqırımda suçlayaraq Türk xalqına böhtan atırlar”.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sşzləri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Almaniya Bundestaqının qondarma "erməni genosidi”ni tanıyan sənədi qəbul etməsini şərh edərkən deyib. "Öncə geriyə boylanıb öz tarixinizə baxmanız yaxşı olmazdımı?” – deyə Bozdağ almanlara çağırış edib. Türkiyəli nazir deyib ki, ermənilərin genosid uydurması Türk xalqına, Türkiyə dövlətinə və onun tarixinə ünvanlanmış şər-böhtandan başqa bir şey deyil. Onun sşzlərinə görə, Bundestaqın qərarı bu böhtanı həqiqətə çevirmək cəhdidir. "Lakin bütün dünyanın parlamentləri analoji qərar qəbul etsələr də, bizim xalqımızı, dövlətimizi, tariximizi ləkələyə bilməyəcəklər”- Bozdağ deyib.