Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Prezident gələnilki iqtisadiyyat barədə xalq üçün önəmli mesaj verdi
Tarix: 02.06.2016 / 00:10
Bölmə: Gündəm
"Cənub Dəhlizi"nin 90-cı illərdən başlamış çətin təşəkkül tarixi təhlil edildi
Azərbaycan Prezidenti İlham Əliyev 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində iştirak edib. "Trend"in məlumatına görə, Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür: "23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi öz işinə başlayıb.
Bu sərginin təşkilində rol oynayan bütün insanlara, qurumlara öz minnətdarlığımı bildirmək istəyirəm".
İlham Əliyev qeyd edib ki, sərginin Azərbaycanda keçirilməsi ölkəmizin ümumi inkişafı üçün çox mühüm rol oynayır: "Bildiyiniz kimi, birinci sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycanı, demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi və siyasi böhran, hərbi böhran hökm sürürdü, Ermənistan torpaqlarımızı işğal etmişdi, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdı. Yəni bütün bu faktorları nəzərə alaraq bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi".
Dövlət başçısı sonra bildirib: "Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək istəyir, müasir dövlətə çevrilmək istəyir və buna nail olmaq üçün, əlbəttə ki, ilk növbədə ölkəmizə xarici sərmayə qoyulmalı idi və xarici sərmayə üçün ən cəlbedici sahə, təbii ki, neft sahəsi idi. Azərbaycan qədim neft dövlətidir, dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilmişdir. XX əsrdə isə ilk dəfə olaraq dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilib. Ancaq 1990-cı illərin əvvəllərində yaranmış vəziyyət əlbəttə o qədər də ümidverici deyildi, ölkə çox böyük çətinliklərlə üzləşmişdi və Azərbaycanın, ümumiyyətlə, uzunmüddətli inkişaf perspektivləri çox qaranlıq idi. Məhz belə bir şəraitdə birinci sərginin keçirilməsi, bir daha demək istəyirəm ki, çox önəmli bir hadisə idi və bir daha bu fürsətdən istifadə edərək bu sərgini uzun illər keçirən təşkilata öz minnətdarlığımı bildirmək istəyirəm. O şirkətlərə ki, bizə inandılar və bizimlə əməkdaşlıq etməyə başladılar. İlk növbədə mən BP şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq 22 ildir ki, BP və SOCAR etibarlı tərəfdaşlar kimi birgə işləyirlər, bir çox layihələrdə ölkəmiz üçün ən önəmli layihələr olan Azəri-Çıraq-Günəşli, Şah Dəniz, "Cənub Qaz Dəhlizi" layihələrində, neft kəmərlərinin, qaz kəmərlərinin tikintisində birgə işləyirlər və bu əməkdaşlığın çox gözəl gələcəyi var. Çünki qeyd etdiyim layihələrlə yanaşı, digər perspektiv layihələr üzərində birgə iş aparılır. Bu illər ərzində SOCAR Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə böyük, geniş miqyaslı layihələr icra edilib. Həm ölkə daxilində, həm xaricdə SOCAR artıq fəal iş aparır, böyük investisiyalar qoyur. Vaxtilə Azərbaycana milyardlarla qoyulan investisiyaları indi Azərbaycan xarici məkanlara qoyur və beləliklə, həm bizim iqtisadi maraqlarımız təmin edilir və eyni zamanda, əlbəttə ki, xarici ölkəyə qoyulan investisiya o ölkə ilə bütün əlaqələrin inkişafına xidmət edir".
İlham Əliyev bildirib ki, 1994-cü ildən bu günə qədər, bütün sahələrdə olduğu kimi, enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçib: "Bütün qarşımıza qoyduğumuz vəzifələr icra edilmişdir. Bir dənə də olsun planlaşdırdığımız layihə yarımçıq qalmamışdır. Bütün layihələri biz icra etmişik. Və bu layihələri icra etmək üçün çox böyük səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı".
Prezident İlham Əliyev qeyd edib ki, bir çox ölkələrlə razılıq əsasında bu böyük layihələr icra edildi: "Çünki ilk növbədə nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı və burada, əlbəttə ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalıydı ki, bu layihələr icra edilsin, əks təqdirdə nə beynəlxalq maliyyə qurumları, nə də şirkətlər öz vəsaitini qoymazdılar. Bu istiqamətdə ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdi. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar həcmində sərmaya qoymağa başladılar. Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün boyük səylər göstərildi və bu gün Azərbaycanın ümumdaxili məhsulunda neft faktoru hardasa 30 faizdən bir qədər çoxdur".
Dövlət başçısı həmçinin vurğulayıb ki, ümumi gəlirlərimizin böyük hissəsi qeyr-neft sektoru hesabına formalaşır: "Ona görə şəffaf vəsaitin saxlanması və idarə edilməsi üçün Dövlət Neft Fondu yaradılmışdır ki, bu gün dunya miqyasında ən şəffaf suveren neft fondlarından biridir. Və bütün aparılan infrastruktur və yenidənqurma işləri bir məqsəd güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün. Bu istiqamətdə biz bu gün də işləyirik və bizim üçün bu gün ən önəmli vəzifə ondan ibarətdir ki, dayanıqlı, uzunmüddətli iqtisadiyyat konsepsiyamızı icra edək ki, gələcəkdə neftin qiymətindən ümumiyətlə asılı olmayaq. 90-cı illərin ortalarında isə tam başqa vəzifələr qarşımızda dururdu. Həm neft, həm qaz potensialımızı maksimum dərəcədə dünya bazarlarına çıxarmalı idik. Və təsadüfi deyil ki, 94-cü ildə əsrin kontraktının imzalanmasından 2 il keçməmiş 1996-ci ilin iyununda "Şahdəniz" qaz yatağı üzrə hasilatın pay bölgüsü kontraktı imzalanmışdır".
Prezident deyib ki, bu gün "Şah Dəniz" qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq "Şah Dəniz"dən çıxarılan qaz regional bazarlara çıxarılır: "Cənub qaz dəhlizinin icrası bizə imkan verəcək ki, həm Şah Dəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək".
İlham Əliyev sonra qeyd edib: "Təbii ki, bu gün Cənub qaz dəhlizi haqqında danışarkən biz 90-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmin dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz nefdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".
Dövlət başçısı bildirib ki, biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir: "Yəni bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax bu reallıqları yaradıb. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan, əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə böyük vəsait neft və qaz kəmərlərinin tikintisinə yönəldilir. Və beynəlxalq əməkdaşlığın da təşəbbüskarı biz olmuşuq. Bu da təbiidir. Çünki bu bizə lazımdır".
Prezident İlham Əliyev sonra vurğulayıb: "Bizə lazım idi neft-qaz kəmərləri tikilsin ki, bu resurslar dünya bazarlarına çıxsın. Tranzit ölkələr, istehlakçı ölkələr də böyük maraq göstərirlər. Onlar da, əlbəttə ki, bu layihələrdən bəhrələnirlər. Tranzit ölkələr on illiklər bundan sonra böyük mənfəət götürəcəklər. İstehlaçkı ölkələr əlavə, alternativ qaz mənbələrinə çıxışı əldə edəcəklər. Yəni burada bütün tərəflər ancaq qazanır. Əlbəttə, bu beynəlxalq əməkdaşlığı formalaşdırmaq üçün ilk növbədə Azərbaycan öz səylərini göstərməliydi və göstərdi. Əgər 90-ci illərin ortalarında üçtərəfli format yaranırdısa - Azərbaycan, Gürcüstan, Türkiyə, bu gün bu format genişlənir və Cənub qaz dəhlizinin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya, 7 ölkə artıq Cənub qaz dəhlizinin üzvləridir. Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanıb ki, gələcəkdə biz "Cənub Qaz Dəhlizi"nin qollarını açaq".
Dövlət başçısı bildirib ki, indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir: "Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır, bu məsələlər üzərində də biz işləyirik. Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrə bərabərdir. Hazırda Abşeron, Ümid yataqlarının işlənməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. Azəri-Çıraq-Günəşli yatağının dərin laylarında böyük qaz yataqları var. Biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi "Cənub Qaz Dəhlizi"nin mövcud olan formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş çoğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıb".
İlham Əliyev sonra deyib: "Siz yaxşı bilirsiniz ki, artıq ikinci dəfədir ki, bu ilin fevralında Bakıda Cənub qaz dəhlizinin Məşvərət Şurası keçirilib, bütün üzv ölkələrin nümayəndələri yüksək səviyyədə təmsil olunub: "Avropa Komissiyasının iki vitse-prezidenti, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər və yekun bəyannaməyə imza atıblar. Bu bəyannamədə Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında liderlik rolu qeyd edilib. Əlbəttə, bu bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Məşvərət Şurasının yaradılması da məhz bizim təşəbbüsümüz idi və mən şadam ki, Avropa Komissiyası da bu təşəbbüsə öz dəstəyini göstərdi.
Beləliklə, biz artıq çox ciddi koordinasiya formatı çərçivəsində işləyirik və şadam ki, biz bütün hədəflərə çatırıq. Yadımdadır, keçən il bu sərginin açılışında iştirak edərkən qeyd etmişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu, bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay-iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyuldu. Yəni biz ardıcıllıqla öz hədəflərimizə çatmaq üçün qabağa gedirik və bütün hədəflərə çatırıq".
Prezident qeyd edib ki, əgər gördüyümüz işlərin xronologiyasına baxsaq görərik ki, biz çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə öz hədəflərimizə çatmaq üçün irəliləyirik: "1994-cü ildə "Əsrin Kontraktı"nın imzalanması, 1996-cı ildə "Şah Dəniz" layihəsinin kontraktının imzalanması, 1997-ci ildə Çıraq yatağından ilk neftin çıxarılması, 1999-cu ildə Bakı-Supsa neft kəmərinin tikilməsi bizi Qara dəniz limanları ilə birləşdirdi.
2003-cü il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi, 2006-2007-ci il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2012-ci il Türkiyə ilə Azərbaycan arasında TANAP lahiyəsinin imzalanması, ondan sonra 2014-cü ildə Cənub qaz dəhlizinin təməl daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi. Bax bu da xronologiya.
Yəni bugünkü vəziyyət öz-özünə yaranmır. Bugünkü əldə edilmiş uğurlar göydən düşmür, bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub və bir də demək istəyirəm ki, ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində biz bu nailiyyətlərə çata bilərdik. Bu gün vəziyyət ondan ibarətdir ki, "Cənub Qaz Dəhlizi"nin icrası qrafik üzrə gedir, hazırda bizim qarşımızda enerji sahəsində duran əsas vəzifə "Cənub Qaz Dəhlizi"nin icrasıdır. Əminəm ki, qrafik üzrə bu proses gedəcək. "Cənub Qaz Dəhlizi"nin bütün dörd seqmentində də - "Şah Dəniz", Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtlı-vaxtında icra ediləcək. "Cənub Qaz Dəhlizi" iqtisadi layihədir, eyni zamanda təhlükəsizlik layihəsidir".
Dövlət başçısı əlavə edib ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır: "Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resusrsları ilə zəngin deyillər, əlbəttə ki, onlar digər resurslardan asılıdır".
İlham Əliyev bildirib: "Bizim vəzifəmiz həmişə o olub ki, enerji faktorundan əməkdaşlığı dərinləşdirmək üçün istifadə edək: "Azərbaycan heç vaxt öz potensialından başqa məqsədlər üçün istifadə etməyib. Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, bizim qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin biz transmilli layihələri icra edək ki, Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq. Ölkəmizin qüdrətini artıraq".
Dövlət başçısı deyib ki, buna görə də "Cənub Qaz Dəhlizi"nin məşvərət şurasında müzakirə olunan məsələlərlə bağlı fikir ayrılığı yoxdur: "Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin, Azərbaycanın maraqları, tranzit ölkənin maraqları və istehlakçı ölkələrin maraqları.
Biz ancaq bu maraqların uzlaşması şərairtində istəyimizə nail ola bilərik. Əgər 3 tərəfdən biri yalnız öz maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu çox gözəl bir nümunədir".
Prezident qeyd edib ki, enerji siyasəti və bu sahədə əməkdaşlıq, uzun müddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır: "Heç vaxt enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır. Hansısa başqa sahələrdə imtiyazlara nail olmaq üçün istifadə edilməməlidir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər".
İlham Əliyev sonra deyib ki, biz istəyirik Azərbaycanda inkişaf daha da sürətlə getsin, istəyirik ki, bölgədə sabitlik möhkəmlənsin: "Bu gün dünyada baş verən hadisələr təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər. Xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər".
Dövlət başçısı sonra qeyd edib: "Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var".
İlham Əliyev bildirib ki, biz hazırda "Cənub Qaz Dəhlizi"nin icrası ilə ciddi məşğuluq: "Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur, 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır".
Dövlət başçısı deyib ki, artıq biz bunu görürük: "Gələn ildən isə əminəm ki, iqtisadi artım bərpa ediləcək. Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayır. İstənilən şəraitdən biz üzüağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə bütün sosial proqramlar icra edilir, maaş və pensiyalar 10 faiz qaldırılıb, bütün sosial infrastrukturun yaradılmasında işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır".
İlham Əliyev sonra qeyd edib: "Neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdı. Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl nüfuz qazanmışıq. Neft sahəsində, bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu, inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meylləri daha da güclənməlidir".
Dövlət başçısı deyib: "Mən bir daha sərgidə iştirak edən bütün şirkətlərin nümayəndələrini salamlayıram. Sərgi doğrudan da həm Azərbaycan, həm dünya üçün çox önəmli, mötəbər tədbirdir. Ona görə ki, 23-cü dəfədir keçirilir, sərgiyə maraq artır və eyni zamanda ona görə ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə çox böyük diqqət göstərir. Amerika Birləşmiş Ştatlarının prezidenti, Böyük Britaniyanın baş naziri sərgiyə öz səmimi təbriklərini göndərib. Bu təbriklərə görə mən Amerika Birləşmiş Ştatlarının prezidentinə, həm Böyük Britaniyanın baş nazirinə minnətdaram və onların təbrikləri bir daha sərginin əhəmiyyətini göstərir. Sərgiyə uğurlar arzu edirəm. Sağ olun".
Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin müstəsna şərti...
Bu gün dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır. Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resusrsları ilə zəngin deyil, əlbəttə ki, onlar digər resurslardan asılıdır.
"Trend"in məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.
İlham Əliyev bildirib: "Bizim vəzifəmiz həmişə o olub ki, enerji faktorundan əməkdaşlığı dərinləşdirmək üçün istifadə edək: "Azərbaycan heç vaxt öz potensialından başqa məqsədlər üçün istifadə etməyib. Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, bizim qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin ki, biz transmilli layihələri icra edək ki, Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq. Ölkəmizin qüdrətini artıraq".
Dövlət başçısı deyib ki, buna görə də "Cənub Qaz Dəhlizi"nin məşvərət şurasında müzakirə olunan məsələlərlə bağlı fikir ayrılığı yoxdur: "Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin, Azərbaycanın maraqları, tranzit ölkənin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şərairtində istəyimizə nail ola bilərik. Əgər 3 tərəfdən biri yalnız öz maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu çox gözəl bir nümunədir".
...Xalq üçün çox önəmli mesaj...
Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var.
"Trend"in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.
İlham Əliyev bildirib ki, biz hazırda "Cənub Qaz dəhlizi"nin icrası ilə ciddi məşğuluq: "Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur, 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır".
Dövlət başçısı deyib ki, artıq biz bunu görürük: "Gələn ildən isə, əminəm ki, iqtisadi artım bərpa ediləcək. Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayır. İstənilən şəraitdən biz üzü ağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə bütün sosial proqramlar icra edilir, maaş və pensiyalar 10 faiz qaldırılıb, bütün sosial infrastrukturun yaradılmasında işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır".
İlham Əliyev sonra qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdı: "Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq. Neft sahəsində bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu, inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meylləri daha da güclənməlidir".
İnvestorlar bizə inandı...
1994-cü ildən bu günə qədər, bütün sahələrdə olduğu kimi, enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçmişdir. Bütün qarşımıza qoyduğumuz vəzifələr icra edilmişdir. Bir dənə də olsun planlaşdırdığımız layihə yarımçıq qalmamışdır. Bütün layihələri biz icra etmişik. Və bu layihələri icra etmək üçün çox böyük səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.
İlham Əliyev qeyd edib ki, bir çox ölkələrlə razılıq əsasında bu böyük layihələr icra edildi: "Çünki ilk növbədə nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı və burada, əlbəttə ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalıydı ki, bu layihələr icra edilsin, əks təqdirdə nə beynəlxalq maliyyə qurumları, nə də şirkətlər öz vəsaitini qoymazdılar. Bu istiqamətdə ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdi. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar həcmində sərmaya qoymağa başladılar. Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün boyük səylər göstərildi və bu gün Azərbaycanın ümumdaxili məhsulunda neft faktoru hardasa 30 faizdən bir qədər çoxdur".
Dövlət başçısı qeyd edib ki, ümumi gəlirlərimizin böyük hissəsi qeyr-neft sektoru hesabına formalaşır:
"Ona görə şəffaf vəsaitin saxlanması və idarə edilməsi üçün dövlət neft fondu yaradılmışdır ki, bu gün dunya miqyasında ən şəffaf suveren neft fondlarından biridir. Və bütün aparılan infrastruktur və yenidənqurma işləri bir məqsəd güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün.
Bu istiqamətdə biz bu gün də işləyirik və bizim üçün bu gün ən önəmli vəzifə ondan ibarətdir ki, dayanıqlı uzunmüddətli iqtisadiyyat konsepsiyamızı icra edək ki, gələcəkdə neftin qiymətindən ümumiyətlə biz asılı olmayaq. 90-cı illərin ortalarında isə tam başqa vəziflər qarşımzıda dururdu.
Həm neft, həm qaz potensialımız maksimum dərəcədə dünya bazarlarına çıxarmalı idik. Və təsadüfi deyil ki, 94-cü ildə əsrin kontraktının imzalanmasından 2 il keçməmiş 1996-ci ilin iyununda "Şahdəniz" qaz yatağı üzrə hasilatın pay bölgüsü kontraktı imzalanmışdır".
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə
- AQTA araşdırmalara başladı...
01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə
- öncə qəza, ardınca partlayış…
01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…
01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ