Bazar ertəsi günü, 11 may 2026
     

İlham Əliyev Cənub Dəhlizinin 90-cı illərdən başlamış çətin təşəkkül tarixini təhlil etdi

Image


Azərbaycan Prezidenti İlham Əliyev 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində iştirak edib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür: "23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi öz işinə başlayıb. Bu sərginin təşkilində rol oynayan bütün insanlara, qurumlara öz minnətdarlığımı bildirmək istəyirəm".

İlham Əliyev qeyd edib ki, sərginin Azərbaycanda keçirilməsi ölkəmizin ümumi inkişafı üçün çox mühüm rol oynayır: "Bildiyiniz kimi birinci sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi və siyasi böhran, hərbi böhran hökm sürürdü, Ermənistan torpaqlarımızı işğal etmişdi, 1993-cü ildə vətəndaş müharibəsi başlamışdı. Yəni bütün bu faktorları nəzərə alaraq bir daha görürük ki, sərginin nə qədər böyük əhəmiyyəti olmuşdur. Çünki o vaxt bu sərgi vasitəsilə Azərbaycan öz neft potensialını dünyaya təqdim etdi".

Dövlət başçısı sonra bildirib: "Azərbaycan bəyan etdi ki, o, investisiyalara açıq bir ölkədir. Azərbaycan inkişaf yolu ilə getmək istəyir, müasir dövlətə çevrilmək istəyir və buna nail olmaq üçün əlbəttə ki, ilk növbədə ölkəmizə xarici sərmayə qoyulmalı idi və xarici sərmayə üçün ən cəlbedici sahə təbii ki, neft sahəsi idi. Azərbaycan qədim neft dövlətidir, dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilmişdir. XX əsrdə isə ilk dəfə olaraq dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilib. Ancaq 1990-cı illərin əvvəllərində yaranmış vəziyyət əlbəttə o qədər də ümidverici deyildi, ölkə çox böyük çətinliklərlə üzləşmişdi və Azərbaycanın ümumiyyətlə, uzunmüddətli inkişaf perspektivləri çox qaranlıq idi. Məhz belə bir şəraitdə birinci sərginin keçirilməsi bir daha demək istəyirəm ki, çox önəmli bir hadisə idi və bir daha bu fürsətdən istifadə edərək bu sərgini uzun illər keçirən təşkilata öz minnətdarlığımı bildirmək istəyirəm. O şirkətlərə ki, bizə inandılar və bizimlə əməkdaşlıq etməyə başladılar. İlk növbədə mən BP şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq 22 ildir ki, BP və SOCAR etibarlı tərəfdaşlar kimi birgə işləyirlər, bir çox layihələrdə ölkəmiz üçün ən önəmli layihələr olan Azəri-Çıraq-Günəşli, Şah Dəniz, Cənub Qaz dəhlizi layihələrində, neft kəmərlərinin, qaz kəmərlərinin tikintisində birgə işləyirlər və bu əməkdaşlığın çox gözəl gələcəyi var. Çünki qeyd etdiyim layihələrlə yanaşı, digər perspektiv layihələr üzərində birgə iş aparılır. Bu illər ərzində SOCAR Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə böyük, geniş miqyaslı layihələr icra edilib. Həm ölkə daxilində, həm xaricdə SOCAR artıq fəal iş aparır, böyük investisiyalar qoyur. Vaxtilə Azərbaycana milyardlarla qoyulan investisiyaları indi Azərbaycan xarici məkanlara qoyur və beləliklə, həm bizim iqtisadi maraqlarımız təmin edilir və eyni zamanda, əlbəttə ki, xarici ölkəyə qoyulan investisiya o ölkə ilə bütün əlaqələrin inkişafına xidmət edir".

İlham Əliyev bildirib ki, 1994-cü ildən bu günə qədər bütün sahələrdə olduğu kimi enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçmişdir: "Bütün qarşımıza qoyduğumuz vəzifələr icra edilmişdir. Bir dənə də olsun planlaşdırdığımız layihə yarımçıq qalmamışdır. Bütün layihələri biz icra etmişik. Və bu layihələri icra etmək üçün çox böyük səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı".

Prezident İlham Əliyev qeyd edib ki, bir çox ölkələrlə razılıq əsasında bu böyük layihələr icra edildi: "Çünki ilk növbədə nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı və burada əlbəttə ki, beynəlxalq əməkdaşlıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalıydı ki, bu layihələr icra edilsin, əks təqdirdə nə beynəlxalq maliyyə qurumları, nə də şirkətlər öz vəsaitini qoymazdılar. Bu istiqamətdə ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdi. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar həcmində sərmaya qoymağa başladılar. Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün boyük səylər göstərildi və bu gün Azərbaycanın ümumdaxili məhsulunda neft faktoru hardasa 30 faizdən bir qədər çoxdur".

Dövlət başçısı həmçinin vurğulayıb ki, ümumi gəlirlərimizin böyük hissəsi qeyr-neft sektoru hesabına formalaşır: "Ona görə şəffaf vəsaitin saxlanması və idarə edilməsi üçün Dövlət Neft Fondu yaradılmışdır ki, bu gün dunya miqyasında ən şəffaf suveren neft fondlarından biridir. Və bütün aparılan infrastruktur və yenidənqurma işləri bir məqsəd güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün. Bu istiqamətdə biz bu gün də işləyirik və bizim üçün bu gün ən önəmli vəzifə ondan ibarətdir ki, dayanıqlı, uzunmüddətli iqtisadiyyat konsepsiyamızı icra edək ki, gələcəkdə neftin qiymətindən ümumiyətlə asılı olmayaq. 90-cı illərin ortalarında isə tam başqa vəzifələr qarşımızda dururdu. Həm neft, həm qaz potensialımızı maksimum dərəcədə dünya bazarlarına çıxarmalı idik. Və təsadüfi deyil ki, 94-cü ildə əsrin kontraktının imzalanmasından 2 il keçməmiş 1996-ci ilin iyununda Şahdəniz qaz yatağı üzrə hasilatın pay bölgüsü kontraktı imzalanmışdır".

Prezident deyib ki, bu gün Şah Dəniz qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq Şah Dənizdən çıxarılan qaz regional bazarlara çıxarılır: "Cənub qaz dəhlizinin icrası bizə imkan verəcək ki, həm Şah Dəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək".

İlham Əliyev sonra qeyd edib: "Təbii ki, bu gün Cənub qaz dəhlizi haqqında danışarkən biz 90-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmin dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz nefdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".

Dövlət başçısı bildirib ki, biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir: "Yəni bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax bu reallıqları yaradıb. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə böyük vəsait neft və qaz kəmərlərinin tikintisinə yönəldilir. Və beynəlxalq əməkdaşlığın da təşəbbüskarı biz olmuşuq. Bu da təbiidir. Çünki bu bizə lazımdır".

Prezident İlham Əliyev sonra vurğulayıb: "Bizə lazım idi ki, neft qaz kəmərləri tikilsin ki, bu resurslar dünya bazarlarına çıxsın. Tranzit ölkələr, istehlakçı ölkələr də böyük maraq göstərirlər. Onlar da əlbəttə ki, bu layihələrdən bəhrələnirlər. Tranzit ölkələr on illiklər bundan sonra böyük mənfəət götürəcəklər. İstehlaçkı ölkələr əlavə, alternativ qaz mənbələrinə çıxışı əldə edəcəklər. Yəni burada bütün tərəflər ancaq qazanır. Əlbəttə, bu beynəlxalq əməkdaşlığı formalaşdırmaq üçün ilk növbədə Azərbaycan öz səylərini göstərməliydi və göstərdi. Əgər 90-ci illərin ortalarında üçtərəfli format yaranırdısa - Azərbaycan, Gürcüstan, Türkiyə, bu gün bu format genişlənir və Cənub qaz dəhlizinin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya, 7 ölkə artıq Cənub qaz dəhlizinin üzvləridir. Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanıb ki, gələcəkdə biz Cənub qaz dəhlizinin qollarını açaq".

Dövlət başçısı bildirib ki, indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir: "Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır, bu məsələlər üzərində də biz işləyirik. Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrə bərabərdir. Hazırda Abşeron, Ümid yataqlarının işlənməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. Azəri-Çıraq-Günəşli yatağının dərin laylarında böyük qaz yataqları var. Biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi Cənub qaz dəhlizinin mövcud olan formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş çoğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıb".

İlham Əliyev sonra deyib: "Siz yaxşı bilirsiniz ki, artıq ikinci dəfədir ki, bu ilin fevralında Bakıda Cənub qaz dəhlizinin Məşvərət Şurası keçirilib, bütün üzv ölkələrin nümayəndələri yüksək səviyyədə təmsil olunub: "Avropa Komissiyasının iki vitse-prezidenti, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər və yekun bəyannaməyə imza atıblar. Bu bəyannamədə Azərbaycanın Cənub qaz dəhlizi layihəsinin icrasında liderlik rolu qeyd edilib. Əlbəttə, bu bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Məşvərət Şurasının yaradılması da məhz bizim təşəbbüsümüz idi və mən şadam ki, Avropa Komissiyası da bu təşəbbüsə öz dəstəyini göstərdi. Beləliklə, biz artıq çox ciddi koordinasiya formatı çərçivəsində işləyirik və şadam ki, biz bütün hədəflərə çatırıq. Yadımdadır, keçən il bu sərginin açılışında iştirak edərkən qeyd etmişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu, bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyuldu. Yəni biz ardıcıllıqla öz hədəflərimizə çatmaq üçün qabağa gedirik və bütün hədəflərə çatırıq".

Prezident qeyd edib ki, əgər gördüyümüz işlərin xronologiyasına baxsaq görərik ki, biz çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə öz hədəflərimizə çatmaq üçün irəliləyirik: "1994-cü ildə "Əsrin Kontraktı"nın imzalanması, 1996-cı ildə Şah Dəniz layihəsinin kontraktının imzalanması, 1997-ci ildə Çıraq yatağından ilk neftin çıxarılması, 1999-cu ildə Bakı-Supsa neft kəmərinin tikilməsi bizi Qara dəniz limanları ilə birləşdirdi. 2003-cü il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi, 2006-2007-ci il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2012-ci il Türkiyə ilə Azərbaycan arasında TANAP lahiyəsinin imzalanması, ondan sonra 2014-cü ildə Cənub qaz dəhlizinin təməl daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi. Bax bu da xronologiya. Yəni bugünki vəziyyət öz-özünə yaranmır. Bugünki əldə edilmiş uğurlar göydən düşmür, bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub və bir də demək istəyirəm ki, ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində biz bu nailiyyətlərə çata bilərdik. Bu gün vəziyyət ondan ibarətdir ki, Cənub qaz dəhlizinin icrası qrafik üzrə gedir, hal-hazırda bizim qarşımızda enerji sahəsində duran əsas vəzifə Cənub qaz dəhlizinin icrasıdır. Əminəm ki, qrafik üzrə bu proses gedəcək. Cənub qaz dəhlizinin bütün dörd seqmentində də, Şah Dəniz, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtlı-vaxtında icra ediləcək. Cənub qaz dəhlizi iqtisadi layihədir, eyni zamanda təhlükəsizlik layihəsidir".

Dövlət başçısı əlavə edib ki, bu gün dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır: "Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resusrsları ilə zəngin deyillər, əlbəttə ki, onlar digər resurslardan asılıdır".

İlham Əliyev bildirib: "Bizim vəzifəmiz həmişə o olub ki, enerji faktorundan əməkdaşlığı dərinləşdirmək üçün istifadə edək: "Azərbaycan heç vaxt öz potensialından başqa məqsədlər üçün istifadə etməyib. Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, bizim qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin ki, biz transmilli layihələri icra edək ki, Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq. Ölkəmizin qüdrətini artıraq".

Dövlət başçısı deyib ki, buna görə də Cənub Qaz Dəhlizinin məşvərət şurasında müzakirə olunan məsələlərlə bağlı fikir ayrılığı yoxdur: "Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin, Azərbaycanın maraqları, tranzit ölkənin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şərairtində istəyimizə nail ola bilərik. Əgər 3 tərəfdən biri yalnız öz maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu çox gözəl bir nümunədir".

Prezident qeyd edib ki, enerji siyasəti və bu sahədə əməkdaşlıq, uzun müddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır: "Heç vaxt enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır. Hansısa başqa sahələrdə imtiyazlara nail olmaq üçün istifadə edilməməlidir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi burda artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər".

İlham Əliyev sonra deyib ki, biz istəyirik Azərbaycanda inkişaf daha da sürətlə getsin, istəyirik ki, bölgədə sabitlik möhkəmlənsin: "Bu gün dünyada baş verən hadisələr təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər. Xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər".

Dövlət başçısı sonra qeyd edib: "Azərbaycan nümunəsi hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var".

İlham Əliyev bildirib ki, biz hazırda Cənub Qaz dəhlizinin icrası ilə ciddi məşğuluq: "Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur, 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır".

Dövlət başçısı deyib ki, artıq biz bunu görürük: "Gələn ildən isə əminəm ki, iqtisadi artım bərpa ediləcək. Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayır. İstənilən şəraitdən biz üzüağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə bütün sosial proqramlar icra edilir, maaş və pensiyalar 10 faiz qaldırılıb, bütün sosial infrastrukturun yaradılmasında işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır".

İlham Əliyev sonra qeyd edib: "Neftin qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdı. Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl nüfuz qazanmışıq. Neft sahəsində bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meyilləri daha da güclənməlidir".

Dövlət başçısı deyib: "Mən bir daha sərgidə iştirak edən bütün şirkətlərin nümayəndələrini salamlayıram. Sərgi doğrudan da həm Azərbaycan, həm dünya üçün çox önəmli, mötəbər tədbirdir. Ona görə ki, 23-cü dəfədir keçirilir, sərgiyə maraq artır və eyni zamanda ona görə ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə çox böyük diqqət göstərir. Amerika Birləşmiş Ştatlarının prezidenti, Böyük Britaniyanın baş naziri sərgiyə öz səmimi təbriklərini göndərib. Bu təbriklərə görə mən Amerika Birləşmiş Ştatlarının prezidentinə, həm Böyük Britaniyanın baş nazirinə minnətdaram və onların təbrikləri bir daha sərginin əhəmiyyətini göstərir. Sərgiyə uğurlar arzu edirəm. Sağ olun".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ