Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqında Osmanlı İmperiyası dövründə 1915-ci ildə "erməni soyqırımı”nın yaşanması ilə bağlı qanunun səsverməyə çıxarılması ərəfəsində bu ölkəyə sərt xəbərdarlıq edib.
Baki-xeber.com-un "Reuters”ə istinadən xəbərinə görə, Ərdoğan mayın 31-də etdiyi xəbərdarlıqda, bu baş verərsə, Ankara ilə Berlin arasında iqtisadi, siyasi və hərbi əlaqələrin cox iddi ziyan çəkəcəyini bildirib.
Xatırladaq ki, iyunun 2-də AFR-in "genosid” terminini və I Dünya Müharibəsi zamanl Osmanlı İmperiyasında guya ermənilərin soyqırıma məruz qalmasını tanımağa və baş verənləri qınamağa hazırlaşır.
Ərdoğan onu da bildirib ki, bu məsələni kansler Merkellə müzakirə edib və həllini tapacağına əmindir.