Bazar günü günü, 01 noyabr 2026
     

Həsən Zeynalov 28 maydan başlayan istiqlal tarixini Aşqabadda da eşitdirdi

Image


30 may 2016-cı ildə Aşqabad şəhərində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfindən "28 May-Respublika Günü” münasibətilə rəsmi qəbul keçirilmişdir. Qəbulda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev, Türkmənistanın dövlət və ictimai xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və soydaşlarımız iştirak etmişlər.

Səfirlikdən baki-xeber.com-a verilən məlumata görə, tədbirin açılış mərasimində Azərbaycan və Türkmənistanın dövlət himnləri səsləndirilmiş, sonra səfir Həsən Zeynalov nitq söyləmişdir. Diplomat Azərbaycan Demokratik Respublikasının (ADR) müsəlman şərqində yaradılmış ilk demokratik cümhuriyyət olduğunu bildirərək, onun yaradılması tarixi, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi mütərəqqi islahatlar, ADR-in dünya səviyyəsində tanıdılması istiqamətində görülmüş tədbirlər barədə iştirakçılara məlumat vermişdir

1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu və müstəqil Azərbaycan Respublikasının o zamankı Demokratik Respublikanın varisi olduğunu bildirmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycanın separatizm, torpaqlarının işğalı, iqtisadi tənəzzül və daxili qeyri-sabitlik kimi problem və təhdidlərlə üz-üzə qaldığını diqqətə çatdırmışdır. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin bərqərar olduğunu, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin formalaşması, ölkənin dünyaya inteqrasiyası sahələrində böyük uğurlara imza atıldığını bildirmişdir. H.Əliyevin neft strategiyasının, xüsusən Azərbaycanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması məqsədilə aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələrin Azərbaycan Respublikasının müstəqilliyinin gücləndirilməsi yönündə atılmış mühüm addımlardan olduğu iştirakçıların nəzərinə çatdırılmışdır.

Hazırda ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, iqtisadi, sosial, ordu quruculuğu, Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi sahələrində böyük nailiyyətlərin qazanıldığını qeyd etmişdir. H.Zeynalov ölkəmizin inkişafı haqqında danışaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsinin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu və bu mənada kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat, informasiya-koomunikasiya texnologiyaları və s. sahələrin inkişaf etdirilməsinə ciddi fikir verildiyini, həmin sahələrlə bağlı göstəricilər üzrə müsbət dinamikanın müşahidə edildiyini bildirmişdir.

Regionda Azərbaycan Respublikasının fəal iştirakı ilə enerji və nəqliyyat sahələrində meqa layihələrin yerinə yetirildiyi qeyd olunmuşdur. Ölkəmizin enerji təhlükəsizliyinin təminatında vacib rol oynadığı, "Cənubi qaz dəhlizi” layihəsinin icrasının davam etdirildiyi bildirilmişdir. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yönündə tədbirlərin görüldüyü, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında ən qısa marşrutun yaranacağı vurğulanmışdır.

Həmçinin, son illərdə Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsinin uğurla inkişaf etdirildiyi, bu sahədə nəzərə çarpan nəticələrin əldə olunduğu və ölkənin müdafiə qabiliyyətinin xeyli gücləndiyi bildirilmişdir. Ordumuzun Azərbaycan Respublikasının ərazi bütövlüyünü qısa müddətdə bərpa etmək iqtidarında olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, hal-hazırda Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında tez bir zamanda qaytarılmasına üstünlük verir.

Səfir H.Zeynalov 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunması, müxtəlif millətlərin, ayrı-ayrı dini etiqadlara məxsus insanların əsrlər boyu ölkəmizdə sülh şəraitində yaşadıqları barədə məlumat vermişdir. Ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını söyləyərək, son illərdə Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirildiyini, bu xüsusda İlk Avropa Oyunları, Bakı Humanitar Forumu və digər tədbirlərin adlarını sadalamışdır. 2017-ci ildə Azərbaycanda növbəti İslam Həmrəylik Oyunlarının keçiriləcəyini qeyd etmişdir.

Daha sonra, səfir H.Zeynalov Azərbaycan-Türkmənistan əlaqələrinə toxunmuşdur. Əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Türkmənistan xalqlarının eyni etnik, tarixi və mədəni köklərə mənsubluğunun bu əlaqələrin inkişafı üçün gözəl zəmin yaratdığını bildirmişdir. Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçılarının iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsini diqqətdə saxladıqlarını qeyd etmişdir.

Regional layihələrin icrasında, xüsusən tarixi İpək Yolunun bərpasında tərəflərin əməkdaşlıq etdiyi ifadə olunmuşdur. Son zamanlar qarşılıqlı səfərlərin və təmasların artdığı və bunun əməkdaşlığın getdikcə dərinləşməsinin bariz nümunəsi olduğu vurğulanmışdır. Həm Azərbaycan Respublikası, həm də Türkmənistanın regionda iqtisadi inteqrasiyaya töhfə verən təşəbbüslərlə çıxış etdikləri qeyd olunmuşdur.

Əlavə olaraq diqqətə çatdırılmışdır ki, bu yaxında, böyük türkmən şairi Məhtimqulu Fəraqinin "Divan”ı azərbaycanlı və türkmənistanlı mütəxəssislərin iştirakı ilə yenidən nəfis şəkildə nəşr olunmuş, kitabın 2016-cı ilin aprel ayının sonunda Bakıda keçirilmiş təqdimat mərasimində Türkmənistandan nümayəndə heyəti iştirak etmişdir. Bunun, mədəni sahədə əməkdaşlığa növbəti töhfə olduğu bildirilmişdir.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toyliyev söz alaraq, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərini çatdırmışdır. Türkmənistanda Azərbaycan Respublikası ilə dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləmiş, hər iki ölkənin qədim zamanlardan etibarən mehriban qonşu olduğunu, xalqlarının isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd etmişdir.

S.Toyliyev bildirmişdir ki, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2008-ci ilin may ayında Azərbaycan Respublikasına səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ilin noyabr ayında Türkmənistana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açmışdır. O, həmçinin Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş İlk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırmışdır.

Türkmənistanın rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək, Azərbaycan Respublikasının Türkmənistanın neytrallıq statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd etmişdir.

Əməkdaşlığın genişləndirilməsinin digər göstəriciləri sırasında Azərbaycan Respublikası ilə Türkmənistan arasında hüquq-müqavilə bazasının gücləndirilməsi, hər iki ölkənin iştirakı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi göstərilmişdir. S.Toyliyev ticarət-iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunmuş, bu xüsusda, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib rol oynadığını qeyd etmişdir.

Həmçinin, elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, istər Azərbaycan, istərsə də Türkmənistanda elm və mədəniyyət sahəsində keçirilən tədbirlərdə hər iki ölkənin nümayəndə heyətləri fəal iştirak edirlər. Bu mənada, Azərbaycan Respublikasının Türkmənistanda və Türkmənistanın Azərbaycan Respublikasında mədəniyyət günlərinin keçirildiyini xatırlatmışdır. Qeyd olunmuşdur ki, görkəmli türkmən klassikləri Məhtimqulu Fəraqi, Mollanepes, Nurmuhammet Andalib, Türrkmənistanın Prezidenti Q.Berdiməhəmmədovun kitabları Azərbaycan dilinə, eləcə də "Görkəmli insanların həyatı. Heydər Əliyev” kitabı Türkmən dilinə tərcümə olunmuşdur.

Sonda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini S.Toyliyev Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da yüksək templərlə inkişaf edəcəyinə əmin olduğunu qeyd etmişdir.

Rəsmi qəbulda Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış etmişlər.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ