Şimali Koreyada növbəti raket sınağı da uğursuz olub. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, raketin növü barədə açıqlama verilmir.
Xəbərə görə, daha öncə Yaponiyanın Kiodo informasiya agentliyi KXDR-in yeni ortamənzilli "Musudan” raketinin sınağını küçirəcəyi barədə xəbər yaymışdı. Xəbərdə o da bildirilirdi ki, təkcə bu ilin aprel ayında KXDR "Musudan” raketlərinin üç sınağını keçirib və hər üç sınaq da uğursuz olub.
Qeyd edək ki, sözügedən raketlərin 3000 kilometrə qədər məsafə qət etmə potensialı var. Pxenyanda bu raketlər ilk dəfə 2010-cu ildə hərbi paradda nümayiş olunub.
Bu ilin 6 fevral tarixində BMT Təhlükəsizlik Şurasının qərarını pozaraq nüvə sınağı keçirməsindən sonra Pxenyana qarşı sanksiyalar sərtləşdirilib.