Dünən Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Baki-xeber.com-un "Trend”-ə istinadən xəbərinə görə, bu barədə Almaniya XİN-in məlumatında deyilir. Məlumata əsasən, göruş zamanı qeyd olunub ki, Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpası əvəzolunmazdır.
Ştaynmayer bildirib ki, status-kvonun saxlanması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.