ABŞ-dakı türk icmasının nümayəndələri Vaşinqtonun Türkiyə səfirliyi qarşısında sutkalıq növbətçiliyini davam etdirir. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, məqsəd ermənilərin qondarma 1915-ci il "soyqırımı” ilə bağlı hər il düzənlədiyi antitürk aksiyalarının önünü kəsməkdir.
Xəbərə görə, həftənin ilk günündən onlarla türk ABŞ-ın müxtəlif ştatlarından paytaxta gələrək Türkiyə səfirliyi önündə çadır qurub. Hər tərəfdə türk bayraqları asılıb.
Aksiyanın təşkilatçısı ABŞ-da 150-dən çox türk təşkilatının təşəbbüsü ilə yaradılan Türk-Amerika Milli Birliyidir.