Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Trend bu barədə FHN-nin saytına istinadən xəbər verir.
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanıb.