Ötən gün erməni silahlı bölmələri yenə də atəşkəsi pozaraq qoşunların təmas xəttində provokativ hərəkətlərini davam etdirib.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.