Azərbaycan Silahlı Qüvvələrinə məxsus tankın ermənilər tərəfindən vurulması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı erməni KİV-lərinin təmas xəttində guya Azərbaycan Silahlı Qüvvələrinə məxsus tankın erməni hərbçiləri tərəfindən vurulması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib.