Aprelin 2-dən 5-dək cəbhə bölgəsində ermənilərin ağır artilleriya qurğularından açdığı atəş nəticəsində Tərtər rayonunda dağılan ev və obyektlərin tam siyahısı hazırlanıb. Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticədə 163 ev və 5 inzibati binaya ciddi ziyan dəyib.
Hadisə nəticəsində ziyan çəkən evlərin statistikası aşağıdakı kimidir:
Tərtər şəhərində - 23 ev
Ağkənd kəndində - 5 ev
Şıxarx qəsəbəsində - 13 ev
Azad Qaraqoyunlu - 2 ev
Düyərli kəndində - 2 ev
Qapanlı kəndində - 54 ev
Yuxarı Qaradağlı kəndində - 37 ev
Qarağacı kəndində - 23 ev
Seyidimli kəndində - 1 ev
Qaynaq kəndində - 3 ev
İcra başçısı deyib ki, hadisə nəticəsində 24 ev tamamilə dağılıb, 34 evə ağır və orta dərəcəli, qalan evlərə isə qismən ziyan dəyib.