Bazar ertəsi günü, 02 noyabr 2026
     

Əli Həsənov Putinin təşəbbüsü ilə Qarabağ danışıqlar prosesinin intensiv mərhələsinin başlanacağını dedi

Image



Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "XəzərXəbər"ə müsahibəsini təqdim edirik:
- Əli müəllim, aprelin əvvəlində təmas xəttində Ermənistanın növbəti təxribatının qarşısı alındı və bu hərbi əməliyyatlar atəşkəs dövrünün ən irimiqyaslı, böyük hərbi qarşıdurması idi. Ümumiyətlə, əməliyyatları və onun nəticələrini necə qiymətləndirirsiniz?
- Əvvəla tamamilə razıyam ki, bu hadisə erməni ordusunun növbəti təxribatı idi və bu təxribatın səbəbləri haqqında kifayət qədər Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz münasibətini bildirib. Digər dövlət rəsmiləri də qeyd ediblər ki, bu təxribat Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və mövcud status-kvonu qorumaq, intensivləşməkdə olan danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Hər dəfə danışıqlar prosesində bir intensivləşmə müşahidə edildikdə ermənilər eyni təxribatı törədiblər və sonuncu təxribat da həmin sıradan idi.
2014-cü ilin sonunda Fransa prezidenti Ollandın təşəbbüsü ilə danışıqlar prosesi intensivləşməkdə olarkən sərhəddə təxribat törətdilər və bu onların vertolyotunu itirməsi ilə nəticələndi.
2015-ci ilin sonunda Rusiya prezidenti Putinin təşəbbüsü ilə proses intensivləşəndə və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edərkən yenə eyni təxribatı törətdilər. Təmas nöqtəsində ciddi insident yaşandı. Sonuncu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına, Vaşinqtona olan səfəri və səfər çərçivəsində bu istiqamətdə apardığı uğurlu danışıqlar, ABŞ vitse-prezidenti və dövlət katibinin bu məsələyə diqqəti artırması, o cümlədən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdikləri son ciddi bəyanatlar ona gətirdi ki, ermənilər yenə ciddi təxribata əl atdılar və yenə öz cavablarını aldılar.
Azərbaycan ordusunun fəaliyyətinin dəyərləndirməsinə gələrkən, bu hamının gözü qarşısında baş verdi. Azərbaycan ordusu yalnız ermənilərin təxribatına cavab verdi və əlbəttə, müvafiq olaraq bu təxribatları dayandırmaq məqsədilə uğurlu hücum əməliyyatı həyata keçirdi. Hücum nəticəsində də illərdən bəri Azərbaycanın dinc əhalisini, yaşayış məntəqələrini, qaçqın və köçkün düşərgələrini silah altında, təhdid altında saxlayan 3 yüksəkliyi ələ keçirdi. Bu hadisə iki mühüm nəticə ilə yekunlaşdı. Bunlardan biri ondan ibarət idi ki, illərdən bəri Azərbaycan hərbi quruculuğa büdcədən xüsusi vəsait ayırırdı və Azərbaycanın milli ordu quruculuğuna ayırdığı diqqət, verdiyi önəm, yönəltdiyi maliyyə vəsaitlərinin hansı nəticələr verəcəyini insanlar təsəvvür belə etmirdilər. Bu ilk ciddi toqquşmada Azərbaycan ordusunun qısa müddətdə böyük müvəffəqiyyətləri göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında güclü ordu yaradıb və bu ordu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, o cümlədən, hətta lazım olarsa, Avrasiya bölgəsində ciddi humanitar, sülh yaratma proseslərində iştirak edə bilər. Ordumuz nəinki Azərbaycan ərazilərini işğaldan azad edə bilər, böyük hərbi-geostrateji vəzifələri icra edəcək gücdədir. Bu, birinci nəticə idi.
Azərbaycan xalqının ordusuna inamı sözün həqiqi mənasında çox yüksək səviyyədə artdı və bu artım da Azərbaycan xalqının həmin söylədiyim ikinci nəticəni vətənpərvərlik hissinin yüksəlməsini təmin etdi. İllərdən bəri bəzən KİV-lərdə, bəzən televiziyalarda da belə bir ideya təlqin olunurdu ki, Azərbaycan artıq müharibəni unudub, Azərbaycan xalqı artıq Dağlıq Qarabağı yaddan çıxarıb, işğal olunmuş torpaqlar heç kimi narahat etmir. Amma qısa müddətli bu müharibə onu göstərdi ki, Azərbaycan xalqı nəinki Dağlıq Qarabağı və işğal altındakı əraziləri unudub, nəinki onun hərbi vətənpərvərlik hissləri aşağı düşüb, o, istənilən halda səfərbər olub, düşmənə, anti-Azərbaycan dairələrə, Azərbaycana hücum edən insanlara lazımi cavab verməyə hazırdır və qısa müddətdə bütün Azərbaycan gəncliyinin, bütün Azərbaycan xalqının ayağa qalxması, verdiyimiz itkiləri ləyaqətlə, dəyanətlə qarşılaması və vətən torpaqlarının işğaldan azad olunmasında hər bir insanın ortaya qoyduğu əzm, iradə onu göstərdi ki, biz lazım olsa, Azərbaycan torpaqlarını, vətənimizi qorumağa bir nəfər kimi qalxacağıq və qalxmağa da hazırıq. Bu iki nəticə fonunda biz bu qısamüddətli müharibəni yekunlaşdırdıq.
- Sizin də qeyd etdiyiniz kimi, hərbi əməliyyatlarda Azərbaycanın açıq-aşkar üstünlüyü nümayiş olundu və Azərbaycan həm də atəşin dayandırılmasına razılıq verməklə məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha göstərdi. Diplomatiya müstəvisində bunu necə dəyərləndirirsiniz və danışıqlar masasında bu, Azərbaycana hansı üstünlükləri gətirəcək?
- Bilirsiniz ki, ermənilər həmişə təxribat törədir və dərhal informasiya müharibəsi apararaq dünyada onların günahsız, Azərbaycanın günahkar tərəf olduğunu bəyan etməklə anti-Azərbaycan ovqatı yaratmağa çalışırlar. Bu dəfə bunu edə bilmədilər.
Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladı və tərəfləri atəşi dayandırmağa çağırdılar. Biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq. Atəşi dayandıraraq dünyaya göstərmək istədik ki, biz heç də bu müharibənin davam etməsində, qan tökülməsində, günahsız dinc sakinlərin qətlə yetirilməsində maraqlı deyilik. Biz, sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edirik və buna da bizim haqqımız var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib barışmaq istəmirdilər. Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaq.
- Bu vəziyyətdən öz siyasi maraqları naminə sui-istifadə etmək istəyənlər oldu. Bu barədə nə deyə bilərsiniz?
- Mən düzü, ad çəkmək istəmirəm. Çünki onlar Azərbaycan cəmiyyətində o qədər də böyük, sosial dayağa malik deyillər. Bu insanları yalnız ətrafındakı 5-10 nəfər, hətta qohum-əqrəbası da demək olmaz, özləri kimilər müdafiə edir. Onların Azərbaycan cəmiyyətinə, xalqına, gəncliyinə aşılamaq istədiyi anti-Azərbaycan ideyaları keçərli deyil. Onların faktiki olaraq Azərbaycan cəmiyyətindəki rolları, təsirləri sıfıra bərabərdir. Ona görə də mən onların adlarını çəkmək istəmirəm. Amma təəssüflər olsun ki, biz Azərbaycan xalqının yekdil vətənpərvərliyini, yekdil torpaqlarımızı azad etmək, vətənini qorumaq əzmini, iradəsini gördüyümüz kimi, eynilə cəmiyyətimizdə bu tipli insanların da mövcud olduğunu, hələ də cəmiyyətdə tam yoxa çıxmadıqlarını müşahidə etdik.
- Bu yaxınlarda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Forumun əhəmiyyəti nədən ibarətdir?
- Bu il BMT-nin Sivilizasiyalar Alyansının yeddinci forumu reallaşdırılır və dünyanın ən önəmli məsələləri bu forumlarda müzakirə olunur. Bu forumlarda planetimizdə yaşayan xalqların, mövcud olan dövlətlərin, ayrı-ayrı milli, dini kəsimlərin, sivilizasiya daşıyıcılarının birgə yaşayış normalarının müxtəlif aspektləri müzakirə edilir.
Mən bir faktı qeyd etmək istəyirəm ki, Azərbaycan artıq neçə illərdir ki, 10 ilə yaxın bir müddətdə dünyanın belə mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bunlar arasında idman, musiqi, siyasi, mədəni, dinlərarası-millətlərarası sivilizasiya normalarının təmsil olunduğu tədbirlər var.
Sözün həqiqi mənasında biz bir tərəfdən dövlətimizi, xalqımızı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, respublikamızın turistik imkanlarını təbliğ edib gələcəkdə bu sahənin inkişafına nail oluruqsa, digər tərəfdən dünyanın müxtəlif xalqları ilə, müxtəlif etnik-dini icmaları ilə, dairələri ilə dialoqa girərək onların yaşadığı gündəmlə, onları düşündürən məsələlərlə, qarşılıqlı maraqları ifadə edən digər məsələlərlə tanış oluruq. Bu da xalqımızı, dövlətimizi getdikcə zənginləşdirir, bəşəriyyətin, dünyanın ayrılmaz tərkib hissəsinə çevirir.
Baki-xeber.com




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ