Bazar ertəsi günü, 02 noyabr 2026
     

Prezident İlham Əliyev “BakuBus” MMC-nin ikinci deposunun açılışında iştirak edib (FOTO)

Image


Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib. Dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verildi.

Bakı metrosunun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən depoda 300 avtobusun eyni anda park edilməsi mümkündür.

Prezident İlham Əliyev deponun rəmzi açılışını bildirən lenti kəsdi və inzibati binada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Depoda işçilərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevə "BakuBus" MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verdi.

Prezident İlham Əliyevin Bakıda nəqliyyat sahəsində islahatların aparılması, həmçinin birinci Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə əlavə tədbirlərlə bağlı Fərmanına əsasən, paytaxtın bugünkü simasına uyğun olaraq, şəhərin nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bu tədbirlərin nəticəsi olaraq, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli qərarına əsasən, "BakuBus" MMC yaradılıb. Hazırda şirkətin Bakı şəhəri üzrə ümumilikdə 7 marşrut xətti ilə 170 avtobusu əhaliyə xidmət göstərir. Yeddi ay ərzində 24 milyona yaxın sərnişin daşınıb. "BakuBus" MMC-nin depoları fəaliyyətə başladıqdan sonra 1500-ə yaxın iş yeri yaradılacaq. Hazırda isə qurumda müxtəlif istiqamətlər üzrə 750-dək iş yeri açılıb. "BakuBus" avtobuslarının sərnişinləri və MMC-nin əməkdaşları qəzalara qarşı sığortalanıblar. Yaradılmış sistem vasitəsilə istənilən şəxs "BakuBus" MMC-nin saytına daxil olaraq avtobusların marşrut xəttini öyrənə və onları onlayn rejimdə izləyə bilər.

Deponun inzibati binasındakı iclas zalı və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada informasiya texnologiyaları və elektron xidmətlərin təşkili, insan resurslarını idarəetmə, marşrut xətlərinin planlaşdırılması, daxili nəzarət və digər şöbələr fəaliyyət göstərir. Binada işçilər üçün müasir yeməkxana da yaradılıb.

Prezident İlham Əliyev "BakuBus" MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxdı.

Avtobusların hamısı rahatlığı və təhlükəsizliyi ilə seçilir. Sərnişinlərin təhlükəsizliyi və ətraf mühitə vurula biləcək zərərin minimum səviyyəyə endirilməsi məqsədilə STQ mühərriki ilə işləyən avtobuslara üstünlük verilib. "BakuBus" MMC gələcəkdə də sərnişindaşıma sahəsində müasir standartlar səviyyəsində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə avtobus parkının yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra edilir.

Diqqətə çatdırıldı ki, "BakuBus" MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun "28 May" stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.

Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında "Bakıkart"ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, "MilliÖn" aparatları da "Bakıkart" sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm "Bakıkart" əldə edə, həm də kartın balansını artıra bilərlər.

Dövlətimizin başçısına məlumat verildi ki, "BakuBus" MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.

"BakuBus" MMC-nin ikinci deposu əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə bu sahədə əldə olunmuş müsbət nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yaradılıb. Ümumi sahəsi 650 kvadratmetr olan yuma məntəqəsində eyni anda 3 avtobusun yuyulması mümkündür. Müasir yuyucu avadanlıqla təchiz edilən məntəqənin üstün cəhətlərindən biri də sərf olunmuş suyun 85 faizinin təmizlənərək təkrar istifadə edilməsidir. Yuyulduqdan sonra avtobuslarda daxili dezinfeksiya işləri aparılır.

Deponun texniki təmir mərkəzi də müasir səviyyədə qurulub. Avtobuslara texniki baxış və təmir xidmətləri göstərmək üçün yaradılan mərkəzdə Almaniya və digər qabaqcıl ölkələrin istehsalı olan müxtəlif növ avadanlıq quraşdırılıb. Mərkəzdə eyni vaxtda 10 avtobusa xidmət göstərmək mümkündür.

Deponun buraxılış və tibbi yoxlama məntəqəsi də var. Burada sürücülərin xəttə çıxmazdan əvvəl tibbi müayinəsi və zəruri sənədləşmə prosesi aparılır. Depo tam fəaliyyətə başladıqdan sonra 1500-dək əlavə iş yerinin açılması planlaşdırılır. Ərazidə yağış sularından istifadə üçün kanallar çəkilib, yeraltı çənlər quraşdırılıb, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ