Diyarbəkirin Hani rayonunda terrorçular tərəfindən yerli Jandarma İdarəsinə düzənlənən hücumda 1 əsgər şəhid olub, 39-u əsgər 47 nəfər yaralanıb.
Baki-xeber.com-un "Habertürk”ə istinadən xəbərinə görə, dərhal hadisə yerinə gələn polis və təcili yardım briqadaları helikopterlərlə yaralıları xəstəxanalara çatdırıb.
Olayla bağlı Baş Qərargahın açıqlaması yayılıb. Açıqlamada deyilir: "11 aprel 2016-cı il tarxdə axşam saat 23:10-da Diyarbakır Jandarma Komutanlığı önündə terrorçuların bomba yüklü avtomobili partlatması nəticəsində bir qəhrəman əsgərimiz şəhid olub, 39 silah dostumuz və 8 dinc sakinimiz yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıb”.
Açıqlamada şəhid olan əsgərlərin ailələrinə və Türk xalqına başsağlığı ifadə olunur, yaralılara şəfa dilənir.