"Rusiya gec-tez, Molotov-Ribbentrop Paktından imtina edərək Katın faciəsini polyakların soyqırımı olaraq tanıdığı kimi, 1921-ci ildə rus-türk ittifaqının Ermənistana və erməni xalqına qarşı törətdiklərinin də cinayət olduğunu etiraf edəcək”. Bu sözləri sözügedən ölkənin küçmiş deputatı Azat Arşakyan erməni saytlarından birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya 1921-ci il hadisələrinə görə Ermənistandan üzr istəməli və kompensasiya ödəməlidir. Rusiyanın Ermənistana "şillə ardından şillə vurduğunu” deyən siyasətçi bu üzrün istəniləcəyinə əmin olduğunu da bildirib.
Məsələ burasındadır ki, aprelin əvvəlində baş vermiş və ermənilərin "Böyük Ermənistan” xəyallarını suya düşürmüş 4 günlük müharibədə Rusiyadan umduğu dəstəyi almayınca, hələ üstəlik Moskvadan Azərbaycan yönümlü açıqlamalar gəlincə, Ermənistan ona da əsl üzünü göstərməklə diş qıcamağa başlayıb.
Hələlik Katın faciəsi xatırlanaraq onunla analogiya aparılır. Görək bundan sonra daha nələri eşələyib ortaya tökəcəklər...