Erməni tərəfi bu dəqiqələrdə Dağlıq Qarabağda qoşunların təmas xəttində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur.
Bunu "Trend”-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O qeyd edib ki, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
"Cavab zərbələri çox sərt olacaq" – Azərbaycan Meüdafiə Nazirliyinin sözçüsü bildirib.