Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması ilə bağlı xəbər yayılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Xəbərə görə, sonradan alınan məlumatda bildirilib ki, naməlum şəxs "28 Mall” ticarət mərkəzinə zəng edərək bomba qoyulması ilə bağlı xəbərdarlıq edib. Dərhal hadisə yerinə FHN əməkdaşları gəlib və insanlar evakuasiya olunub.
Axtarış işləri 1 saata yaxın davam edib. Ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.