Londonda yaşayan azərbaycanlılar, eləcə də burada təhsil alan azərbaycanlı tələbələr Ermənistanın Böyük Britaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Trend-in məlumatına görə, əllərində Azərbaycan bayraqları tutan aksiya iştirakçıları Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Ermənistan rəhbərliyindən təxribatçı siyasətinə son qoymasını tələb ediblər.