İstanbul-Azərbaycan Mədəniyyət Evi erməni silahlı bölmələrinin Azərbaycanın dinc əhalisinə qarşı cəbhə xəttində həyata keçirdiyi təxribatlarla əlaqədar bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ermənilərin uzun illərdir Azərbaycan türklərinə qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasətini pisləyən bəyanatda bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.
Bəyanatda beynəlxalq hüquq normalarına və BMT-nin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın ordusunun cəbhə xəttində Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi təxribatlar pislənilib, erməni silahlı birləşmələrinin atəşkəs prinsiplərinə əməl etməməsi qınanılıb.