Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
Baki-xeber.com bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib. Məlumatda bildirilir ki, zərbə nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.