İran Ermənistanın Azərbaycana atdığı minomyot mərmilərindən 3-nün ərazisinə düşməsiylə bağlı İrəvana xəbərdarlıq edib.
Baki-xeber.com-un İran KİV-lərinə istinadən xəbərinə görə, İran tərəfi istənilən təcavüzə sərt reaksiya verəcəklərini bəyan edib. "Hazırda Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib. Lakin ölkə ərazimizə qarşı istənilən təcavüzə sərt reaksiya verəcəyik”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Ermənistan tərəfindən həyata keçirilən təxribat nəticəsində Azərbaycana atılan mərmilər Şərqi Azərbaycan vilayətində yerləşən Xudafərin rayonunun kəndinə düşüb. Nəticədə ölkə ərazisinin bir hissəsində elektrik enerjisi kəsilib və sakinlər uzun müddət işıqsız qalıb.
Dağıntı və itkilər barəsində isə məlumat verilmir.