Cəbhə xəttində gərginlik davam edir. Baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Azərbaycan Ordusunun düşmən həmlələrinə layiqli cavab verdiyi bildirilən xəbərdə ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilərin canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qaldığı da xəbər verilir.
Xəbərdə o da bildirilir ki, düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.