Rusiyanın "Komsomolskaya pravda” qəzeti Bakının Dağlıq Qarabağda hərbi əməliyyatlara yenidən başladığını elan etməsi barədə xəbər yayıb.
Saytın xəbərinə görə, bu barədə bazar günü axşam Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib. "Bu dəqiqələrdə Tərtər, Ağdərə və Füzuli istiqamətində döyüşlər gedir. Azərbaycan tərəfinin itkisi yoxdur” – deyə sayt Vaqif Dərgahlıdan sitat gətirir. Eyni zamanda xatırladılır ki, Bakı elə həmin gün gündüz saatlarında cəbhədə atəşin birtərəfli qaydada kəsilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı. Lakin nədənsə, bunu yazarkən sözügedən sayt onu xatırlatmağı özünə borc bilmir ki, Azərbaycan atəşkəs qərarı verərkən, Ermənistan tərəfi provokasiyalarını davam etdirərsə, bunun cavabının ağır olacağı barədə də xəbərdarlıq etmiş və hərbi əməliyyatların yenilənəcəyini bəyan etmişdi.
Saytın Qarabağa ezam olunmuş müxbirinin döyüş bölgəsindən hazırladığı videonun isə birtərəfli hazırlandığını əlavə şərhə ehtiyac qalmır: