"Cəbhədəki son hadisələr Ermənistanın ABŞ Nüvə Sammitinə meydan oxumasıdır”. Bu sözləri baki-xeber.com-a baş redaktor Aydın Quliyev Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan son prosesləri şərh edərkən deyib.
A.Quliyevin sözlərinə görə, Ermənistan bununla həm də ABŞ-a demək istəyir ki, sən Rusiyasız qlobal nüvə təhlükəsizliyi sistemi yaratmaq istədiyin halda unudursan ki, regional təhlükəsizliyin taleyi bizim əlimizdədir. Yəni Ermənistan və Rusiya kimi müttəfiqlərin əlindədir.
Baş redaktorun fikrincə, bu həm də işğalçı ölkənin bu günlərdə baş tutan Vaşinqton Nüvə Sammitinin əhəmiyyətini heçə endirmək cəhdi idi.