Xəzər dənizinin Türkmənistan sahillərində itkin düşən neftçılərimizdən biri olduğu ehtimal edilən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir, Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən biri olduğu ehtimal edilir.
Meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.
Baki-xeber.com