Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Baki-xeber.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.