Türkiyə Xarici İşlər Nazirliyi son sutka ərzində Azərbaycanla əbhə xəttində baş verənləri qınayaraq, Ermənistanı atəşkəsə əməl etməyə və atışmalara son verməyə çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə XİN-dən verilən yazılı açıqlamada təmas xəttinə yaxın ərazidə yaşayan mülki əhalinin həyatına təhlükə törədilməsi qınanır, Minsk Qrupunun hərəkətsizliyindən narahatlıq ifadə olunur. "Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara şəfalar diləyirik” sözlərinin yer aldığı açıqlamada Ermənistan içğalçı siyasətindən əl çəkmədikcə regionda sabitliyə nail olunmağın mümkünsüzlüyündən narahatlıq ifadə olunur.
Açıqlamada, eyni zamanda, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarova telefon açaraq, Azərbaycanın verdiyi 12 şəhidlə bağlı başsağlığı verdiyi bildirilir.