Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkə iqtsadiyyatına zərbə vura bilər və ölkə iqtisadiyyatının aparıcı fiqurları bizneslərini ölkədən cıxarmaqla ölkə iqtisadiyyatını zəiflədəcək. Bu barədə İngiltərə Bankının rəhbəri Mark Karni parlament qarşısındakı çıxışında bildirib. O, həmcinin, Aİ-dən çıxışın ( Brexit) uzunmənzilli fəsadlarından daha çox, qısamənzilli fəsadlarıdan çəkinməyə çağırıb.
Qısamüddətli təsirlər, Birləşmiş Krallığın iqtisadiyyatına təsir göstərməklə yanaşı, eyni zamanda işgüzar mühiti təzyiq altına salacaq və bu da son nəticədə iqtisadiyyatda qeyri müəyyənlik yaradacaq və eyni zamanda investisiya mühitini zədələməklə yanaşı, əhalinin iqtisadi vəziyyətini çətinləşdirəcək.
Əgər 23 iyunda keçiriləcək referendumda əhali Aİ dən çıxmağa səs verərsə, bu ilk növbədə ÜDM-in 1.3% azalmasına səbəb olacaq . Eyni zamanda da bu yerli şirkətlərə və istehlakçılara zərbə olacaq.
Nahid Salayev