Rusiyanın nüvə başlıqları daşıyan TU-160 tipli bombardmançı təyyarələrinin Fransanın şımal-qərbindəki Torguet şəhərinin 60 kilometrliyindən La-Manş bogazı üzərindən uçuşu həm Fransa , həm də İngiltərədə ciddi narahatlıq yaradıb.
Bununla belə, 17 fevralda 2 rus bombardmançısının radarlara düşməsi, fransız mediasının məlumatına görə, Fransa Müdafiə Nazirliyinin saytında 20 fevral tarixində "səssiz" bir formada verilib.
"Frans İnfo”nun məlumatına görə, 25 nüvə başlığı daşıya bilən bombardmançı təyyarə 2ingilis və 2 fransız qırıcısının müşaiyəti ilə Manş dənizindən uzaqlaşdırılıb.
Fransa hava məkanına yaxın məsafədən keçən rus bombardmançılarının əslində bir güc nümayişi etdirdikləri və NATO ilə müharibə ssenarisi uzrə işlədikləri də Fransa mətbuatına istinadən verilən məlumatlar arasındadır.