Suriya istiqamətindən atəşə tutulması nəticəsində Türkiyanın sərhədyanı Kilis əyalətində bir nəfər həlak olub. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, snaryadlardan biri Kazım Qarabəkir kvartalındakı dövlət xəstəxanasının ərazisinə düşüb. Rayona polis dəstəsi, təcili yardım və yanğınsöndürən briqadaları cəlb olunub.
Bölgədə insanlara ciddi ehtiyac olmadan küçələrə çıxmamaq tövsiyə olunub.
Ümumilikdə əraziyə 8 snaryad atıldığı bildirilir.