Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirdiyini elan edən Cənub Koreya bu siyahıya daha 40 məmur və təşkilatı daxil edib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, sözügedən siyahıya Pxenyanın hərbi proqramlarında iştirak etmiş, həmçinin kütləvi qırğın silahının hazırlanmasında iştirak etmiş şəxslər və şirkətlər daxil edilib. Seul eyni zamanda, Şimali Koreya gəmilərinin öz limanlarına yaxınlaşmasına da qadağa qoyub. Sinqapur və Tayvandan olan şəxslərə də qadağa qoyan Seul, həmçinin, siyahıya düşən şəxslərlə maliyyə əməliyyatlarının aparılmasını qadağan edib və onların Cənubi Koreya banklarında aktivlərini dondurub.
Daha öncə isə xəbər verilmişdi ki, Seul Moskvaya bildiriş göndərərək , Şimali Koreya ərazisindən keçən "Racin-Xasan” yükdaşıma layihəsinin dayandırıldığını bəyan edib.
Beləliklə, Yaxın Şərqdə stabilliyə nail olunmamış Uzaq Şərq də vəziyyətin gərginləşməsilə diqqətləri üzərinə çəkir.