İran Sərhəd Qoşunları komandanı, briqada generalı Qasım Rezayi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə martın 8-də Bakıya gələcək. Bunu Trend-ə İranın Bakıdakı səfiri Möhsin Pakayin deyib.