Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir. Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.
"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.
Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək.