Alman mediasına sızan xəbərlərə əsasən, Avropa Birliyi qapılarını miqrantların üzünə baglayır.
Alman mediası olan DPA-nın məlumatına görə, Aİ-Türkiyə zirvəsinin aldığı qərata əsasən, miqrantların Balkanlar üzərindən bütün keçid məntəqələri bağlanır. Keçidləri əngəlləməyə çalışan Aİ qanunsuz muqrant axınına qarşı sərt tədbirlər görməyə hazirlaşır. Bundan əvvəl isə artıq Balkan ölkələri bu prosesə start verib. Makedoniya və Yunanıstan sərhədlərində bir insan dramı yaşanmaqdadır. Alman televiziyası olan ARD-ye musahibə verən Avstriya XİN rəhbəri Sebastian Kruz miqtantların Yunanıstanda qalmalı olduğunu və buna görə Yunanıstanın 700 milyon avro yardım ala biləcəyini açıqlayıb. O, qalma haqqi olmayan miqrantların isə Türkiyəyə gönderilməsini irəli sürüb. Həmçinin Aİ tərəfindən ayrilacaq 3 milyard avronun Aİ-nin sərhədlərinin miqrantlardan qorunmasına xidmət edəcəyini açıqlayib.
Nahid Salayev