ABŞ və Cənubi Koreya 2010 -cu ildən sonra ən böyük birgə hərbi təlimlərə -KEY RESOLVE və FOAL EAGLE -start verib. Cənubi Koreyadakı Amerika hərbi kontingenti rəhbərinin məlumatına görə, bu təlimlərdə 300 min Cənubi Koreya və 17 min ABŞ hərbi qulluqçusu iştirak edəcək. Key Resolve adlı təlimlərin komanda qərargah mərkəzindən verilən məlumata əsasən, bu təlimlər 7-18 mart aralığında keçiriləcək və hər iki tərəfin partnyorlugunun regionda sabitliyin qarantı və Cənubi Koreyanın müdafiəsinə dair oldugina bariz numunə olacaq. Bu barədə TASS informasiya agentliyinə komanda qərargah mərkəzindən verilən məlumatda deyilir. Eyni zamanda Foal Eagle təlimləri 7mart- 30 aprel aralığında keçiriləcək və bu təlimlərdə HHQ,HDQ, qoşun və xususi təyinatlı qüvvələr iştirak edəcək. Verilən məlumatda, həmçinin, Şimalı Koreya tərəfinin də bu təlimlər barədə məlumatlandırıldığı və bu təlimlərin müdafiə xarakterli olduğu barədə xəbərdar edildiyi öz əksini tapır. Bununla belə, Şimali Koreya( KXDR) tərəfi bəyan edib ki, təxribatla üzləşəcəkləri təqdirdə ABŞ və onun Sakit Okean hövzəsindəki qüvvələrinə cavab zərbəsi endirəcək və Cənubi Koreyanın azad olunması əməliyyatına başlayacaq. Məlumatda deyilir. " Xalq və KXDR ordusu bölünmüş vətənin birləşdirilməsi üçün bu şansı qaçırmayacaq və bu müqəddəs muharibəyə başlayacaq".
Nahid Salayev