Rakka şəhəri sakinlərinin "İslam dövləti” terrorçu qruplaşmasına qarşı qaldırdığı üsyan inanılmaz nəticə ortaya qoyub. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, 200-ə yaxın İŞİD üzvü gözlənilmədən üsyançıların tərəfinə keçib.
Etibarlı mənbənin "Sputnik”ə verdiyi xəbərə görə, terrorçular bu səbəbdən şəhərin girişində blokpostlar qoymağa məcbur olub. Xəbərdə o da bildirilir ki, şəhərin daha 5 rayonunda sakinlər ölkənin bayrağını qaldırıb və silahlı toqquşma nəticəsində terrorçuları həmin ərazilərdən sıxışdıra bilib.