ABŞ Suriyanın şimalında tikintisinə başladığı iki aviabazadan birinin inşasını artıq tamamlayıb. Baki-xeber.com RBK-ya istinadən xəbər verir ki, bu barədə kürd KİV-i yazır.
Xəbərə görə, ABŞ artıq kürdlərin nəzarətində olan ərazidə tikdiyi aviabazanın son tamamlanma işlərini görür. Eyni zamanda, ikili məqsədlər üçün istifadə olunacaq digər aerodromun da tikintisinə start verilib. Güman olunur ki, buradan həm hərbi, həm də mülki aerodrom kimi istifadə ediləcək.
"Suriya Demokratik Qüvvələri”nin nəşri olan "BasNews” kürd qəzetinin xəbərində deyilir ki, Rmeylan şəhərindəki aerodromda artıq uçuş-enmə zolağının böyük hissəsində işlər tamamlanıb, Türkiyə ilə həmsərhəd Kobanidə isə yeni aviabazanın tikintisinə başlanıb. Suriya kürdlərinin bildirdiyinə görə, Rmeylandakı uçuş-enmə zolağı ABŞ hərbçiləri tərəfindən aparılan əməliyyatların maddi-texniki təchizatı məqsədlə vertolyotlar üçün istifadə olunur.
Kürd nəşri onu da bildirir ki, aviabazanın layihəsi üzərində onlarla amerikan mütəxəssis çalışır.