ABŞ-ın eks birinci xanımı, Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan 94 yaşında dünyasını dəyişib. Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, son illərdə Los Ancelesdə yaşayan Nensi Reyqanın səhhəti tez-tez pisləşib. Ölümə səbəb kimi isə ürək çatışmazlığı göstərilib.
TASS xəbər verir ki, Nensi Reyqan həyat yoldaşı Ronald Reyqanla yanaşı – Reyqanın prezident kitabxanasının ərazisindəki Simi-Vellidə dəfn olunacaq.