SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstan səfəri çərçivəsində Borçalı (Kvemo Kartli) bölgəsini də ziyarət edib.
Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, azərbaycanlıların yaşadığı Borçalının qubernatoru Paata Xizanaşvili ilə görüşən Rövnəq Abdullayev yerli əhaliyə Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsini – 10 ədəd traktor və kotanı təqdim edib. Hədiyyə edilən kənd təsərrüfatı texnikası Gənə Avtomobil Zavodunun istehsalıdır.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, sonda şirkətlə Kvemo Kartli Qubernatorluğu arasında anlaşma memorandumu imzalanıb.